Dante: "Bavariya"nın Xabi Alonsonu trasnfer etdiyini eşidəndə çox təəccübləndim"

15:50 - 10 Sentyabr 2014

"Söhbət çox güclü bir futbolçudan gedir"

 

“Bavariya”nın müdafiəçisi Dante ispan yarımmüdafiəçi Xabi Alonsonun transferinə münasibət bildirib.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Alonsonun keçidinə çox təəccüblənib:

 

“Mehdi Benatiyanın transferi məni heç təəccübləndirmədi. Ancaq Alonsonun transferi isə əksinə, məni xeyli təəccübləndirdi. Hər şey çox tez gerçəkləşdi.

 

Onunla bir neçə dəfə məşq etmişdim. Lakin “Şalke” ilə oyun göstərdi ki, söhbət çox güclü bir futbolçuladan gedir.

 

Alonso oyunboyu top istəyirdi və onun uzun ötürmələri demək olar hər dəfə ünvana çatırdı.”

Xəbər xətti