Mevlut Erdinç: "Bakıdan 1 xalla qayıtdığımız üçün xoşbəxtik"

11:35 - 19 Sentyabr 2014

Türkiyəli hücumçudan açıqlama

 

Dünən keçirilən "Qarabağ" - "Sent Etyen" oyunundan sonra Fransa klubunun hücumçusu oyunla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Mevlut Erdinç bunları deyib :

 

 

- İlk olaraq, "Qarabağ”la oyun haqqında danışardın?

- Belə oyunda bizim üçün 1xal yaxşı nəticədir, "Qarabağ” çox yaxşı oynadı, hücumçulaı çox güclüdür. Burdan 1 xalla ayrıldığımız üçün xoşbəxtik.

 

 

-  "Qarabağ” gözlədiyiniz kimi oynadı?

-  Qarabağ”ı təhlil etmişdik, bir neçə oyunlarını izləmişdik. "Qarabağ”ın yaxşı oynayacağını bilirdik. Bu oyunda da hücumda rəqib çox yaxşı təsir bağışladı, biz də komanda olaraq mükəmməl müdafiə olduq. Ona görə də bu nəticəni uğurlu saymaq olar.

 

- "Qarabağ” haqda əvvəlki düşüncülərin necə idi?

- Əvvəl "Qarabağ”ı tanımırdım, bu qədər yaxşı komanda olacağını bilmirdim. "Tvente” ilə oyunda "Qarabağ”ın necə işlər bacardığını gördük. Bu komandanı tanımamışdan əvvəl Bakıdan rahat 3 xalla ayrılacağımızı düşünürdüm, amma indiki halda 1 xala sevinirəm.

 

- Azarkeşlər və stadion haqda nə deyə bilərsən?

 

- Hər şey əla idi, həm stadionun ot örtüyü, həm də bu oyunda azarkeşlərin yaratdığı atmosfer.

Xəbər xətti