"Simurq" "Dinamo"nun bazasında məşqə çıxdı

13:50 - 11 Oktyabr 2014

Gürcüstanda ilk məşqinə çıxacaq

 

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Simurq" bu gün Tiflisə gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Futbolçuların oyun praktikasını itirməməsini istəyən məşqçilər korpusu sabah "Dinamo" ilə yoldaşlıq görüşü keçirdəcək. Bu gün ev sahibinin təlim-məşq bazasında məşqə çıxan komandamız bir saatlıq hazırlıqdan sonra istirahətə çəkilib.

 

 

Qeyd edək ki, "Dinamo" - "Simurq" oyunu sabah Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. 

Xəbər xətti