"Bakı"nın futbolçusu: "Azarkeşlərimizə qol söz verirəm"

VIII tura son hazırlıqlar

 

Sabah səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq "Bakı" hazırlıqlarını yekunlaşdırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bakı" bu gün Lənkərana yola düşüb.

 

Bu mühüm qarşılaşma ilə bağlı bəzi futbolçular klubun rəsmi saytına açıqlama verib. Futbolçular oyundan nikbin danışıb. Nurlan Novruzov isə “Bakı” azerkeşlərinə qol sözü də verib.

 

Vüqar Bəybalayev: “Xəzər Lənkəran” güclü oyunçulardan təşkil olunmuş komandadır. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var. “Xəzər Lənkəran”la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedəcəyik. İnşallah qələbə qazanan tərəf biz olarıq”.

 

Tural Qürbətov: “İki həftədir ki, oyuna hazırlaşırıq, təlim-məşq toplanışındayıq. Ciddi hazırlaşmışıq. İnanıram ki, zəhmətimizin nəticəsini görəcəyik. Bu oyunu səbirsizliklə gözləyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Qalib gəlməklə turnir cədvəlində bir neçə pillə irəliləyə bilərik. İnşallah bu tapşırığın öhdəsindən gələrik”.

 

 

Nurlan Novruzov: “Rəqib Azərbaycanın böyük klublarından biridir, bu oyuna ciddi hazırlaşmışıq. İnşallah istədiyimiz oyunu göstərib səfərdən qələbə ilə qayıdarıq. Bütün “Bakı” azarkeşlərinə qol söz verirəm. Mən və komanda üçün vacib olan 3 xaldır”.

Tarix: 18 Oktyabr [12:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyun 2018
20  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio