“Qarabağ”ın qələbəsini azarkeşlər Kiyevdə bayram etdilər

03:45 - 24 Oktyabr 2014

Ukrayna küçələrində "Azərbaycan və Qarabağ" şüarları
 
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Ukraynanın “Dnepr” klubu üzərində qələbəsi paytaxt Kiyevdə olan azərbaycanlı azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. 
 
Sportal. az Qol.az saytına istinadən xəbər verir ki, oyunu "Olimpiyski" stdionunda 1000-ə yaxın azərbaycanlı azarkeş izləyib.  
 
Matçın final fitindən sonra əllərində Azərbaycan və “Qarabağ” bayrağı olan çoxlu sayda azarkeş paytaxt küçələrində Ağdam klubunun qələbəsini qeyd etməyə başlayıb. Həmyerlilərimiz eyni zamanda Kiyev küçələrində "Azərbaycan və Qarabağ" şüarları səsləndiriblər. 

Xəbər xətti