İntizam Komitəsinin cəzaları I divizion klublarından da yan keçmədi

13:30 - 28 Oktyabr 2014

İclasda qərarlar qəbul edilib

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda I divizionun 8-ci turunda keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

I Divizionun VIII turunun "Qaradağ Lökbatan” – "Ağsu” matçında "Qaradağ Lökbatan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

 

Oyunun 67-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

Oyunun 79-cı dəqiqəsində "Ağsu” klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun VIII turunun "Kəpəz” – "Zirə” matçında "Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). 

 

Oyunun 90+2-cı dəqiqəsində "Zirə” klubunun 13 №-li futbolçusu Fərid Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun VIII turunun "Şahdağ” – "Lokomotiv” matçının 66-cı dəqiqəsində "Şahdağ” klubunun 19 №-li futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

Oyunun 83-ci dəqiqəsində "Lokomotiv”  klubunun 17 №-li futbolçusu Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 400 manat cərimə olunur. (maddə 42.3).

 

 

I Divizionun VIII turunun "Turan-Tovuz” – "Neftçala” matçında "Turan-Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Xəbər xətti