Sinişa Mixayloviç "İnter"ə başçılıq edə bilər

00:15 - 29 Oktyabr 2014

"Onlara qarşı ehtiyatlı oynamalıyıq ki, sonra bunun acısını çəkməyək”
 
 
İtaliya A seriyasında “İnter”lə oyunöncəsi “Sampdoriya”nın baş məşqçisi Sinişa Mixayloviç maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli məşqçi gələcəkdə Milan təmsilçisini çalışdıracağından söhbət açıb:
 
“İnter” klubuna başçılıq etmək? Niyə də olmasın? “İnter”də özümü evdəki kimi hiss edərəm. Klubun sahiblərindən biri Morattiylə münasibətim yaxşıdır. Ötən mövsüm “İnter”ə məğlub olduq. İndi isə rəqibdən qisas almaq istəyirik. Hazırda “İnter”i məğlub etməyə gücümüz yetər. Lakin onlara qarşı ehtiyatlı oynamalıyıq ki, sonra bunun acısını çəkməyək”.

Xəbər xətti