Fabio Kapello: "Mən Messini icarəyə götürməyə cəhd elədim, amma..."

13:20 - 30 Oktyabr 2014

Baş məşqçi keçmişə qayıtdı

 

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello 2005-ci ildə "Yuventus"da çalışarkən Lionel Messini icarəyə gətirmək istədiklərini açıqladı.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2005-ci ildə "Barselona"nın baş məşqçi postunda olan Frank Raykardla "Xuan Qamper" turnirində qarşılaşan "Yuventus"un baş məşqçisi Fabio Kapello Messini öz komandasında görmək istədiyini bildirərək öz açıqlamasında bildirib:

 

"Həmin görüşün fasiləsində Raykardla söhbət etdik. Mən ona dedim ki, Messini niyə meydana start heyətdə çıxarmır və çıxarmaq istəmirsə "Yuventus"a icarəyə verə bilər. O isə cavabında, 3-4 aydan sonra bu sual öz həllini tapacaq....və tapdı"

Xəbər xətti