"Mançester Siti"də ciddi itki: derbidə iştirak etməyəcək

17:00 - 30 Oktyabr 2014

İspan futbolçu xəsarət alıb

 

"Mançester Siti" klubu ciddi itki ilə üzləşib. İngiltərə Liqa kubokunun 1/8 finalında "Nyukasl"a uduzan (0:2) .

Sportal.az xəbər verir ki komandanın aparıcı futbolçusu David Silva İngiltərə Liqa kubokunun 1/8 finalında "Nyukasl"a məğlub olduqları qarşılaşmada sıradan çıxıb.

Dizindən zədələnən futbolçunun həftəsonu keçiriləcək "Mançester Yunayted"lə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Mançester Siti" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər xətti