"Mən ilin ən yaxşı oyunçusu deyil, əsrin ən yaxşı futbolçusu adını qazanmaq istəyirəm"

00:30 - 6 Noyabr 2014

Kriştiano Ronaldoya "Qızıl buts" mükafatı təqdim olundu
 
İspaniya La Liqasında ötən mövsümün ən məhsuldar oyunçusu olaraq  "Real"ın portuqaliyalı ulduzu  Kriştiano Ronaldo seçilib.
 
Sportal.az xəbər verir ki, 31 qolla mövsümü başa vuran futbolçuya "Qızıl buts" mükafatı təqdim olunub. Madrriddə təşkil olunan təqdimolunma mərasimindən sonra portuqaliyalı futbolçu belə deyib: 
 
"Komanda yoldaşlarımın köməyi olmadan bu mükafata layiq görülə bilməzdim. Mənim üçün fərdi mükafatların öz yeri var. Sadəcə ən yaxşı oyunçu olmaqla da iş bitmir. Ümumiyyətlə, mən ilin ən yaxşı oyunçusu olmaq deyil, əsrin ən yaxşı futbolçusu adını qazanmaq istəyirəm. Belə bir mükafata layiq görülsəm özümü həyatda ən xoşbəxt insan sayaram”.    

Xəbər xətti