"Bavariya"da ciddi itki: ilin sonuna kimi oynamayacaq

16:52 - 6 Noyabr 2014

Futbolçu yaşıl meydanlardan kənar qalacaq

 

Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan, David Alaba Çempionlar Liqasında "Roma" ilə qarşılaşmada xəsarət alıb. Zədəsi ciddi olan avstriyalı yarımmüdafiəçinin bu ilin sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, "Bavariya" - "Mançester Siti" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti