"Qarabağ"ın "İmarət"i

Onlar pulsuz bilet almaqdan belə imtina etdilər

 

Dünən “Qarabağ” klubu Avropa Liqasında Növbəti oyununa çıxdı. Nəticə çoxlarını məyus etdi.

 

Amma mən sizə oyun barədə yox, “Qarabağ”ın yaxşı günündə də, pis günündə də ona dəstək olan “İmarət”çilərdən danışacam. Qarabağ” - “Dnepr” oyununa marağın çox olması təbii idi. Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası həm öz tarixində, həm də Azərbaycan futbolu tarixində müəyyən ilklərə imza atmaqala qazanmışdı bu marağı.

 

Bu inam doğma komandaya azarkeş dəstəyindən də hiss olunurdu. Amma bu dəstəyin ən fəal nümayişçiləri isə təbii ki, Ağdam komandasının fanklubu olan “İmarət”dən gəldi. Hələ oyununa bir neçə saat qalmış Tofiq Bəhramov adına mərkəzi arenaya toplaşan azarkeşlər “12 oyunçu” missiyasını layiqincə yerinə yetirmək üçün hazırlıq görürdü. Oyuna bir saat qalmış artıq “İmarət” batalyonu (bəli onları ancaq könüllülər batalyonu adlandırmaq olar) tam hazır vəziyyətdədir.

 

Xatırladım ki, “İmarət” fanklubun üzvlərinin bu təşəbbüsü məhz onların özünə məxsusdur. Və hazırladıqları plakatlar da məhz onların öz vəsaitləri hesabına ərsəyə gəlib. “Qarabağ” klubundan heç bir maddi dəstək almayan “İmarət”çilər komandaya təmənnasız dəstək olduqlarını bir daha onunla sübut etdilər ki, onlar pulsuz bilet almaqdan belə imtina etdilər.
Bununla da “Qarabağ”ın Azərbaycan futbolunda imza atması ilə yanaşı “İmarət” də yeniliyə imza atdı – Doğma komandaya təmənnasız sevgi ilə.

Asəf QULİYEV, Bugün.az

Tarix: 7 Noyabr [17:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio