Del Boske Dieqo Kostanı milli komandaya çağırmadı

18:45 - 7 Noyabr 2014

Baş məşqçidən təəccüblü qərar

 

İspaniya millisinin Belarus və Almaniya ilə matçlar üçün sifariş ərizəsi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Del Boske Xuan Mata, Xesus Navas və Dieqo Kostanı yığma komandaya dəvət etməyib. Təcrübəli mütəxəssis aşağıdakı futbolçuları milli komandaya daxil edib:
 
Qapıçılar: İker Kasilyas ("Real"), De Xea ("Mançester Yunayted"), Kasilya ("Espanyol").
 
Müdafiəçilər: Serxio Ramos ("Real"), Pike, Alba, Bartra (hamısı "Barselona"), Albiol ("Napoli"), Aspilikueta ("Çelsi"), Bernat ("Bavariya"), Xuanfran ("Atletiko").
 
Yarımmüdafiəçilər: Buskets ("Barselona"), Koke, Raul Qarsiya (hər ikisi "Atletiko"), Fabreqas ("Çelsi"), Kamaço ("Malaqa"), Kalexon ("Napoli"), Kasorla ("Arsenal"), Nolito ("Selta").
 
Hücumçular: Morata ("Yuventus"), İsko ("Real"), Pedro ("Barselona"), Alkaser ("Valensiya").
 
Qeyd edək ki, noyabrın 15-də İspaniya millisi AÇ-2016-nın seçmə mərhələsində Belarus yığması ilə qarşılaşacaq. Komanda 18 noyabrda isə  Almaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti