Mançini rəsmən "İnter"də

23:43 - 14 Noyabr 2014

İtaliya təmsilçisində yeni baş məşqçi

 

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Valter Matsarini istefaya göndərən klub rəhbərliyi baş məşqçi vəzifəsinə Roberto Mançini gətirib. Təcrübəli mütəxəssislə müqavilə sabah imzalanacaq.

 

Qeyd edək ki, R.Mançini 2004-2008-ci illərdə "İnter"i çalışdırıb və komandaya üç çempionluq kuboku qazandırıb.

Xəbər xətti