Miron Markeviç: "Rəqib komandanın belə tez qol vuracağını gözləmirdim"

03:00 - 23 Noyabr 2014

Təcrübəli mütəxəssis "İnter"lə oyunu düşünür
 
“Qarabağ” üzərində qələbədən sonra komandanı digər oyunlara kökləməyə çalışdıq”. 
 
Sportal.az xəbər verir ki,  bu sözləri Avropa Liqasında “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
 
Təcrübəli mütəxəssis Ukrayna Premyer Liqasının 13-cü turunda evdə “Qoverla” ilə 1:1 hesablı heç-heçədən sonra oyunla bağlı fikirlərini bildirib:
 
“Bu oyunun ağır keçəcəyini əvvəlcədən bilirdim. Rəqib müdafiədə “oturdu”, sonra istədiklərinə nail oldular. Əvəzləmə etmək istəyirdim, amma gecikdim. Kaliniçin yerinə müdafiyönlü futbolçunu buraxacaqdım. Rəqibin belə tez qol vuracağını gözləmirdim.
 
Avropa Liqasında səfərdə “İnter”lə  bizi çətin oyunu gözləyir. Hardasa bəzi oyunçulara istirahət vermək istəyirdim. Bu oyunun çətinliyini nəzərə alıb əsas heyətə yer verdim. Ancaq yenə də istəyimizə çata bilmədik və nəticədə xal itirdik”.      
 

Xəbər xətti