Dmitri Nazarov oynadı, komandası bir xala razı oldu

14:15 - 30 Noyabr 2014

"Karlsrue" səfərdə xal itirdi

 

Almaniyanın ikinci bundesliqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

Komanda səfərdə "Darmştadt"la üz-üzə gəlib. Matç 0:0 hesabı ilə başa çatıb. Nazarov start heyətdə meydana çıxsa da, 54-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Karlsrue" turnir cədvəlində 24 xalla 5-ci pillədədir.

Xəbər xətti