Rüfət Quliyev: "Futbolda biri qalib olanda biri də məğlub olmalıdır"

19:25 - 3 Dekabr 2014

"Səhvlərimizin üzərində işləməliyik"

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Ağsu”nu məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.

 

Sportal.az xəbər verir ki, "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev qarşılaşma haqqında bunları deyib:

 

“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda biri də məğlub olmalıdır". 

Xəbər xətti