Zədəsini sağaltsa, "Arsenal" müqavilə təklif eləyəcək

16:15 - 6 Dekabr 2014

Yarımmüdafiəçi "topçular"la yeni müqavilə imzalaya bilər

 

"Arsenal"ın təcrübəli yarımmüdafiəçisi Abu Diabi klubla olan müqaviləsinin müddətini uzada bilər.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Arsen Venger öz açıqlamasında bunları deyib:

 

"Hal-hazırda Diabi məşqlərə qatılmır. Əgər zədəsini tam sağaldıb özünü yaxşı tərəfdən görsətsə, müqaviləni artıracağıq."

 

Qeyd edək ki, 28 yaşlı futbolçu "topçular"ın heyətində bu zeon heç bir matça çıxmayıb.

Xəbər xətti