"Qarabağ"a qarşı oynamış futbolçu "Borussiya"ya keçir

01:15 - 23 Dekabr 2014

Kevin Kempl Avstriya klubundan ayrılır
 
Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”a rəqib olmuş Avstriya “Zalsburq”un aparıcı üzvü Kevin Kempl qış fasiləsindən sonra komandasını dəyişə bilər.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinə qarşı hər iki oyunda meydana çıxmış sloveniyalı yarımmüdafiəçini Dortmund “Borussiya”sı heyətinə qatır. Bendesliqa təmsilçisi qış fasiləsində sözügedən futbolçunun transferini gerçəkləşdirməyi planlaşdırır. Sloveniya millinin üzvü adının “Borussiya” komandasıyla birgə hallanmasına belə münasibət bildirib:
 
“Bir vaxtlar “Borussiya”nın azarkeşi olmuşam. Ən böyük arzum böyük klublarda oynamaq olub. Almaniya təmsilçisnin mənə maraq göstərməsini başa düşürəm. Çünki, iki ildir “Zalsburq”da yaxşı mövsüm keçirirəm.  Əgər “Borussiya”ya keçidim alınarsa, Almaniyada da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.       

Xəbər xətti