"Kalyari"nin yeni baş məşqçisi kim olacaq?

02:00 - 24 Dekabr 2014

Zenqa və Zola arasında seçim aparılır
 
İtaliya A seriyasında mövsümün birinci yarısını 18-ci yerdə başa vuran “Kalyari” klubu baş məşqçi Zdenek Zemanla yollarını ayırdı.
 
Sportal.az xəbər verir ki, klub rəhbəri qış fasiləsindən sonra komandanı hansı mütəxəssisə etibar edəcəyiylə bağlı seçimlər aparır.
 
Hazırda komandanın baş məşqçi postuna real namizəd olaraq Valter Zenqa göstərilir. Məhz onun başçılığı altında “Kalyari”nin  mövsümün ikinci yarısına start verəcəyi deyilir. Əgər Zenqa komandanı çalışdırmaqdan imtina edərsə, o zaman baş məşqçi postuna Canfranko Zola gətiriləcək.     

Xəbər xətti