Falkao getsə də, Çiçarito komandada qalmayacaq

14:35 - 6 Yanvar 2015

"Qırmızı şeytanlar" futbolçunu istəmir

 

İcarə əsasında "Real"da çıxış edən Xavyer Ernandes (Çiçarito), müqavilə ilə mənsub olduğu "Mançester Yunayted"lə olan müqaviləsini uzadmayacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Radamel Falkaonun komandada qalmağından asılı olmayaraq bu il müqaviləsi sona çatacaq Çiçaritonun karyerasına başqa klubda davam etməli olacaq.

 

Qeyd edək ki, bu mövsüm "Real"ın heyətində çıxdığı 8 matçda 3 qol vurmağı bacarıb.

Xəbər xətti