"Mançester Yunayted"in braziliyalı futbolçusu ölkəsinə qayıtdı

18:35 - 4 Fevral 2015

Anderson komamdadan ayrıldı
 
İngiltərənin "Mançester Yunayted" klub daha bir futbolçusu ilə yolları ayırıb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın braziliyalı yarımmüdafiəçisi Anderson ölkəsinin "İnternasional" klubunda çıxış edəcək. 26 yaşlı futbolçu Braziliya klubu ilə 4.5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, bundan öncə  "Mançester Yunayted"dən Darren Fletçer "Vest-Bromviç"ə transfer olub.

Xəbər xətti