Amitsiz "Atletiko" qələbə qazandı

14:10 - 23 Fevral 2015

29-cu turun matçı
 
Portuqaliya çempionatının 2-ci Liqasında 29-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.
 
Komanda səfərdə “Akademiko Vizeu” ilə qarşılaşıb. Matç "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz bu oyunu ehtiyat oyunçular sırasından izləyib.
 
Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 30 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti