"Simurq" zədəlisindən şad xəbər aldı

Komanda Xocalı faciəsini unutmadı
 
Premyer Liqanın XXIV turu çərçivəsində fevralın 28-də "İnter"in qonağı olacaq "Simurq" hazırlıqları davam etdirir.

Sportal.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan məşqdən öncə komanda Xocalı faciəsində şəhid olan vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib. Baş məşqçi Georgi Çixradze faciə ilə bağlı fikirlərini səsləndirib. Bu cür cinayətin cəzasız qalmayacağına inandığını bildirib.

Daha sonra Zaqatala təmsilçisi hazırlığa başlayıb. İki saata yaxın davam edən çalışmalarda yalnız milli komandaların düşərgəsində olan futbolçular  iştirak etməyib. Uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmirdə hazırlıqlara qoşulub. Ancaq müdafiəçimiz hələ ki komandadan ayrı məşqləri davam etdirir.

Bugünkü məşqlə Zaqatalada çalışmaları tamamlayan "Simurq", sabah Bakıya gələcək. Son məşqini qarşılaşmanın keçiriləcəyi "İnter Arena"da edəcək.


Qeyd edək ki, "İnter" - "Simurq" oyunu fevralın 28-də saat 15:00-da start götürəcək.

 
Tarix: 26 Fevral [16:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio