Bombardir son durumunu Sportal.az-a açıqladı

11:06 - 2 Mart 2015

"AZAL-la oyuna yetişəcəm"
 
Dünən xəbər verdiyimiz kimi, "Bakı"nın "qol silahı" Nurlan Novruzov "Xəzər Lənkəran"la matçda ayağından zədə alıb.
 
Novruzov zədəsinin son durumu haqda Sportal.az-a açıqlamasında məlumat verib:
 
"Bəli, ayağımda hazırda da ağrılar var. Ancaq zədəm elə də ciddi deyil. Kubokun 1/8 final mərhələsində "Sumqayıt"la oyunda qırmızı vərəqə aldığım üçün "Qarabağ"la oyunu buraxacam. Ancaq martın 8-i keçiriləcək AZAL-la oyunda meydanda olacam".

Xəbər xətti