Dorinel Munteanunun yeni iş yeri bəlli oldu

15:45 - 4 Mart 2015

Rumıniyalı mütəxəssis "Astra"da
 
"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Munteanu ölkəsinin "Astra" klubunu çalışdıracaq.
 
Sportal.az "dolce-sport.ro"ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ukraynalı həmkarı Oleq Protasovu əvəzləyib.
 
Qeyd edək ki, ötən ilin yayından "Qəbələ"ni çalışdıran Munteanu qış fasiləsinə az qalmış komandadan kənarlaşdırılıb.

Xəbər xətti