Avropa Liqasının ən tez vurulan qolu VİDEO

13:38 - 13 Mart 2015

1/8 final matçında...

 

Avropa Liqasının tarixinin rekordu qeydə alınıb.
 


Sportal.az xəbər verir ki,  sözügedən rekord  "Vilyareal" - "Sevilya" matçına təsadüf edib. Qonaq komandanın yarımmüdafiəçisi Vitolo matçın 13,21 saniyəsində komandasını hesabda 1:0 önə keçirib. Bu qol ilə Vitolo Avropa Liqası tarixinə ən tez qol vurmuş futbolçu kimi düşüb.
 


Qeyd edək ki, matç "Sevilya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Xəbər xətti