Kamran Ağayevli "Kayserispor" istirahətsiz davam edir FOTO

17:01 - 16 Mart 2015

Komanda "Sivasspor" üçün başladı
 
Dünən Türkiyə I Liqasında millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" "Altınordu"nu 1:0 hesabı ilə məğlub etmişdi.
 
Sportal.az xəbər verir ki, bu matçdan sonra "Kayserispor" istirahət etmədən martın 18-i Türkiyə kubokunun 1/4 final mərhələsində qarşılaşacaq "Sivasspor"la matçın hazırlıqlarına start verib. Komanda tam heyətlə bu oyuna hazırlaşır.
 

Xəbər xətti