Seria A klubunda yeni müqavilə

17:37 - 21 Mart 2015

Daha 5 il Roma klubunda

 

"Latsio"nun futbolçusu Felipe Anderson klubla olan müqaviləsinin müddətini artırıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə əsasən 21 yaşlı yarımmüdafiəçi 2020-ci ilə qədər "Latsio"nun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Anderson bu mövsüm "Latsio"nun heyətində çıxdığı 21 matçda 8 qol və 7 asistlə yadda qalıb.

Xəbər xətti