Karlus Keyruş Tehranda saxlanıldı

19:00 - 21 Mart 2015

İran millisi yoxlama oyununa baş məşqçisiz yollandı
 
İran millisinin baş məşqçisi Karluş Keyruş vergilərdən yayındığı qonşu ölkəni tərk edə bilmir.
 
Sportal.az xəbər verir ki, İran millisi yoxlama oyununa yollnarkən 62 yaşlı portuqaliyalı Tehranın hava limanında saxlanılıb. Belədə iranlılar İsveçrə və Çili yığmaları ilə yoxlama oyununa baş məşqçisiz yollanıblar.
 
Müqavilənin şərtlərinə görə portuqaliyalı mütəxəssisin vergilərini İran Futbol Federasiyası ödəməlidir.
Karlus Keyruşun İran millisiylə 2018-ci ilə qədər müqaviləsi olsa da, təcrübəli mütəxəssis istefa ərizəsini federasiyaya təqdim edib.  

Xəbər xətti