"Messi hər cəhətdən Ronaldonu üstələyir"

19:35 - 21 Mart 2015

Pele argentinalıyla portuqaliyalını müqayisə etdi
 
Dünya futbolçunun canlı əfsanəsi Pele “Barselona”nın futbolçusu Lionel Messi haqda müsbət fikirlər səsləndirib.
 
Sportal.az xəbər verir ki, 74 yaşlı veteran futbolçu argentinalı hücumçusu əvvəlcə Kriştiano Ronaldo ilə müqayisə edib: 
 
“Messi son 10 ildə futbola öz damğasını vurub. Onun  Ronaldo ilə müqayisə edilməsi haqsızlıq olar. Kriştiano mənə braziliyalı Ronaldonu xatırladır. Sonuncu “Qızıl top” mükafatını ona təqdim etməkdən məmnun oldum. Ancaq Messi hər cəhətdən ondan üstündür".  
 
Pele Messini özü ilə də müqayisə edib: “Həqiqən Messi mənim qədər yaxşı futbolçudur. Düzdür, mən hava mübarizlərəində ondan yaxşı idim və hər iki ayağımdan eyni dərəcədə istifadə edirdim. Messi isə daha çox sol ayağı ilə zərbə vurur”. 
 
Xatırladaq ki, Messi cari mövüm “Barselona” forması ilə çıxdığı 40 oyunda 43 qol vurub və 24 məhsuldar ötürmə verib.

Xəbər xətti