Nazarov 49 dəqiqə oynayıb millimizə qoşulur

00:20 - 23 Mart 2015

Futbolçumuzun komandası heç-heçə etdi
 
Almaniya ikinci Bundesliqasında 26-cı turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Nazarov matçın 41-ci dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb. Futbolçunun bu gün millimizin düşərgəsinə qoşulacağı gözlənilir.
 
Qeyd edək ki, Nazarovun komandası hazırda 44 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti