Millimizin futbolçusu "Real"la oyuna hazırlaşır

21:22 - 31 Mart 2015

Eddi məşqlərə başladı
 
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Qranada" klubu ilə məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, futbolçumuz La Liqanın 29-cu turu çərçivəsində baş tutacaq "Real"la oyuna hazırlaşır.
 
"Qranada"nın bu gün baş tutan məşqində futbolçular daha çox fiziki hazırlıqla məşğul olublar. İsrafilov məşqlərdə yaxından iştirak etsə də, onun hələ Madrid təmsilçisinə qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir.

Xəbər xətti