"Tottenhem" Adebayorla yollarını ayırır

02:00 - 3 Aprel 2015

Hücumçu hansı komandaya keçəcək?   
 
Mövsümün sonunda Emmanuel Adebayor “Tottenhem” klubunu tərk edəcək.
 
Sportal.az xəbər verir ki, hotspurlular həftəyə 100 min funt sterlinq məvacib verdiyi hücumçuya özünə yeni komanda axtarmasını tapşırıb.
 
Cari mövsüm 16 oyunda meydana çıxan Adebayor rəqib qapıların 2 dəfə yol tapıb. Hazırda əsas heyətdən kənarda qalan forvardı meydanda Harri Keyna daha yaxşı əvəzləyir. 21 yaşlı ingiltərəli futbolçu “Tottenhem”in heyətində 44 oyuna 30 qol vurub.   
 
Qeyd edək ki, qış fasiləsində Adebayoru heyətinə “Çelsi”, “Vest Hem”, “Stok Siti” və “Vest Bromviç” klubu qatmaq istəyirdi    

Xəbər xətti