Makedoniya milli komandası baş məşqçisiz qaldı

00:50 - 8 Aprel 2015

Bosko Djurovski vəzifəsindən uzaqlaşdırıldı
   
Makedoniya Futbol Federasiyası millinin baş məşqçisi Boşko Djurovskini vəzifəsindən uzaqlaşdırıb. 
 
Sportal.az xəbər verir ki, buna səbəb Makedoniya yığma komandasının AÇ-2016-nın ceçmə qrup mərhələsində uğusuz çıxışıdır.
 
Djurovskinin baş məşqçiliyi altında seçmə mərhələdə 5 oyuna çıxan makedoniyalılar yalnız bir oyunda qələbə qazanıblar. 6 komanda arasında qrupda 5-ci pillədə qərarlaşan Makedoniya yığması artıq AÇ-2016-nın pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirib.
 
Federasiya rəhbərliyi mütəxəssisin işinin öhdəsindən gələ bilmədiyini görərərk Djurovskinin müqaviləsinə xitam verib. Bir vaxtlar “Qarabağ”ın makedoniyalı üzvü Muarem Muarem milliyə dəvət olunsa da, sonra baş məşqçi onu komandaya cəlb etmədi.           

Xəbər xətti