Karlos Bakka "Milan"a keçir?

03:20 - 22 Aprel 2015

Kolumbiyalı forvard “Sevilya”dan ayrılmaq istəmir
 
İtaliya A seriyasında qeyri-stabil çıxış edən “Milan” klubu növbəti mövsümə indidən hazırlıq görməyə başlayıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Filippo İnzagi komandasının hücum xəttini “Sevilya”lı forvard Karlos Bakkayla gücləndirmək niyyətindədir.
 
28 yaşlı kolumbiyalı futbolçu cari mövsüm əndəlusluların heyətində 17 top vurub. Kolumbiya milli komandasının üzvü “Milan”ın ona maraq göstərməsiylə bağlı xəbərləri təkzib edib:
 
“Milan”a keçirəm? Bu haqda heç bir məlumatım yoxdur. Belə bir xəbər olsaydı, yəqin klub rəhbərliyi mənə deyərdi. Onu deyə bilərəm ki, “Sevilya”da işlərim yaxşı gedir. Belə olan halda komandanı dəyişməyə ehtiyac görmürəm. Əgər mənim transferimdən kluba xeyir gələrsə, onda “Milan” variantı barədə fikirləşmək olar”.               

Xəbər xətti