"Mançester Siti" sensasiyaya imkan vermədi VİDEO

00:45 - 26 Aprel 2015

Fernandinyo “şəhərlilər”i xilas etdi   
 
İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər veriri ki, çempionluqdan əlini üzən “Mançester Siti” indi gümüş medallar uğrunda mübarizə aparır.
 
Manuel Pelleqrinin başçılıq etdiyi komanda doğma meydanda “Aston Villa”nı qəbul edib. Aquero və Kolarovun qollarıyla “şəhərlilər” 2:0 hesabda öndə olsalar da, qonaqlar hər iki topun əvəzini çıxıb. Lakin oyunun sonunda Fernandinyonun qolu ev sahiblərinə 3 xal qazandırıb.
 
 
“Mançester Siti” – “Aston Villa”  3:2
Qollar:
Aquero, 4, Kolarov, 66, Fernandinyo, 89 - Kleverli, 68, Karlos Sançes, 85
 
 

Xəbər xətti