Turin derbisində sensasiya VİDEO

21:05 - 26 Aprel 2015

“Yuventus” məğlubiyyətlə üzləşdi  

 

İtaliya A seriyasında 32-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, lider “Yuventus” sədərdə əzəli rəqiblərindən olan “Torino”yla üz-üzə gəlib.

 

Turin derbisində “Qoca Sinyora” gözlənilmədən məğlubiyyətə uğrayıb. Halbuki, “ağ-qaralar” 35-ci dəqiqədə Pirlonun vurduğu qolla hesabda önə keçib. Lakin ev sahibləri fasiləyə qədər Darmianla hesaba tarazlıq gətirib. İkinci hissənin əvvəlində Qazzinin qolu “Torino”nun derbidən qalib ayrılmasına bəs edib.

 

“Torino” – “Yuventus”  2:1
Qollar: Darmian, 45, Qazzi, 59 - Pirlo, 35 

 

 

Xəbər xətti