Çempionlar Liqası: "Yuventus" - "Real" 2:1 VİDEO

01:50 - 6 May 2015

Turin təmsilçisi ilk oyundan qalib ayrıldı
 
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
 
Sportal.az xəbər verir ki, “Yuventus” öz meydanında turnirin son qalibi Madrid “Real”ı ilə qarşılaşıb.
 
Oyuna fəal başlayan turinlilər bunun məntiqi nəticəsi olaraq 9-cu dəqiqədə hesabı açdılar. Karlos Tevesin zərbəsini Kasillas qaytarsa da, təkrarda Alvaro Morata qapı torunu silkələyib. Məğlub durumda olan qonaqlar hücumda təzyiqi artıraraq 27-ci dəqiqədə Ronaldoyla bərabərlik qolunu vurublar.
 
İkinci hissənin əvvəlində argentinalı hücumçu Teves özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini qola çevirərək komandasının qələbə qazanmasında böyük pay sahibi olub.
 
Çempionlar Liqası, yarımfinal mərhələsinin ilk oyunu
 
“Yuventus” (İtaliya) – “Real” (İspaniya)  2:1
Qollar:
Alvaro Morata, 9, Karlos Teves, 57-pen - Ronaldo, 27
 
 
 

Xəbər xətti