Maradona dünyanın ən güclü məşqçisinin adını açıqladı

21:32 - 10 May 2015

Argentinalı əfsanə Mourinyonu Qvardiolayla müqayisə etdi
 
Dünya futbolunun əfsənələrindən biri sayılan Dieqo Maradona məşqçiləri müzakirə edib.
 
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Joze Mourinyo ilə Xosep Qvardiolanı işini qiymətləndirib. Onları müqayisə edən Maradona portuqaliyalı mütəxəssinin işini bəyəndiyini deyib:
 
“Mourinyo ilə münasibətim yaxşıdır. O, komandanı oyuna necə hazırlamağı bacarırı. Portuqaliyalı işlədiyi klublarda  nəticə verib. Özü də müxtəlif ölkələrdə işləyərək başçılıq etdiyi komandanı irəli aparıb. Mourinyonu dünyanın ən yaxşı məşqçisi hesab edirəm. Qvardiola hələ istənilən nəticələr əldə etmıyib. Əgər məşqçilər arasında seçim olarsa, mən üstünlüyü Mourinyoya verərəm”.  

Xəbər xətti