"Messinin vurduğu qolları müqayisə edəndə məndə daha baxımlı alınıb"

01:30 - 14 May 2015

Maradona özünü həmvətənindən üstün tutdu
 
Dünya futbolunun əfsanələrindən bir sayılan Dieqo Maradona öz oyununu həmvətəni Lionel Messi ilə müqayisə edib.
 
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis “Barselona”lı hücumçunun gözəl qollar vurduğunu deyib:
 
“Messi gözəl qolları ilə rəqib komandaları məhv edir. Onun vurduğu qolları müqayisə edəndə məndə daha baxımlı alınıb. Mənim oyun tərzim və qol vurmaq bacarığım yaxşı idi. Bəlkə buna görə Messini üstələyirəm. Hardasa o, mənim stilimə uyğun oyun göstərmək istəyir. Lakin ola bilsin ki, onda hələ bu istənilən kimi alınmır”.           

Xəbər xətti