Kamran Ağayevli "Kayserispor"da daha bir baş məşqçi iddiası

14:09 - 2 İyun 2015

Çalımbay "Kayserispor"da?

 

Növbəti mövsümdən Türkiyə Superliqasında çıxış edəcək "Kayserispor" məşqçi axtarışını davam etdirir.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin də çıxış etdiyi "Kayserispor"a hazırda "Mersin İdman Yurdu"nun baş məşqçisi Rza Çalımbay gətirilə bilər. Artıq tərəflər arasında ilkin razılıq da əldə olunduğu deyilir.

 

Qeyd edək ki, daha öncə Ertuğrul Sağlamın Kayseri təmsilçisinə baş məşqçi gətiriləcəyi iddia olunurdu.

Xəbər xətti