Əliyar Ağayev Çempionlar Liqasında

14:55 - 1 İyul 2015

APOEL - "Vardar" matçı həmyerlilərimizə tapşırıldı
 
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
 
Sportal.az xəbər verir ki, ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.

Xəbər xətti