Rəşad Abdullayev: "Zirə"də bunu görürəm"

15:40 - 3 İyul 2015

"Belə olanda nəticə də olur"
 
“Zirə”nin təcrübəli futbolçusu Rəşad Abdullayev komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi klub saytına açıqlamasında həm meydanda, həm də ondan kənarda təcrübəsi ilə komandaya fayda verməyə çalışacağını deyib:
 
“Artıq 2 gündür məşqlərə başlamışıq. Komanda tam formalaşandan sonra daha da yaxşı olacaq. Məşqçilər gənclərlə təcrübəlilərdən ibarət güclü kollektiv yaratmaq niyyətindədir. Əsas komada olmaqdı və mən “Zirə”də bunu görürəm. Belə olanda nəticə də olur. Mən də çalışacağam ki, təcrübəmlə həm meydanda, həm də meydandan kənarda komandama fayda verim”.

Xəbər xətti