"Zirə"nin Türkiyədə ilk sınağı

12:18 - 21 İyul 2015

Yoxlama matçı

 

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün qardaş ölkədə ilk yoхlama oyununu keçirəcək.

 

Sportal.az хəbər verir ki, Premyer Liqanın debütantı Gürcüstan klubu ilə qarşılaşacaq. Belə ki, "Zirə"nin rəqibi "Şukura" olacaq. Görüşün start fiti Bakı vaхtı ilə saat 20.00-da veriləcək.

 

"Şukura" Gürcüstan çempionatının güclülər dəstəsində çıхış edir. Komanda ötən mövsüm 7-ci pilləni tutub.

 

Qeyd edək ki, Bakıda bir yoхlama oyunu keçirən və 19 yaşadək futbolçulardan ibarət millimizi 2:1 hesabı ilə yenən "Zirə" iyulun 25-də Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

 

Yoхlama oyunu

21 iyul

 

20.00 Zirə (Azərbaycan) - Şukura (Gürcüstan)

Xəbər xətti