"Zirə" Türkiyə mətbuatının diqqətində

17:13 - 23 İyul 2015

Yerli jurnalistlər futbolçuların da fikirlərini öyrəniblər

 

“Zirə” təlim-məşq toplanışınının 2-ci mərhələsini Türkiyədə davam etdirir. Ərzurumda toplaşan “qartallar” gündə 2 dəfə olmaqla məşq edirlər.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın hazırlığı Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Belə ki, dünən keçirilən məşqlərdə həm “Yeni Şafak” qəzetinin əməkdaşı, həm də Türkiyənin ən nüfuzlu xəbər agentliklərindən biri olan Cihan Xəbər Agentliyinin çəkiliş qrupu olub.

 

Baş məşqçi Adil Şükürovdan müsahibə alan yerli jurnalistlər futbolçuların da fikirlərini öyrəniblər.

Xəbər xətti