Asim Xudiyev Çempionlar Liqasının oyununda

10:18 - 24 İyul 2015

UEFA-dan növbəti təyinat

 

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Buxarest şəhərində keçiriləcək “Styaua” (Rumıniya) – “Partizan” (Serbiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
 

Qeyd edək ki, “Styaua” – “Partizan” oyunu iyulun 29-da keçiriləcək.

Xəbər xətti