"Kəpəz" Gürcüstan klubu ilə belə heç-heçə etdi VİDEO

14:34 - 24 İyul 2015

Yoxlama matçı

 

Türkiyədə hazırlığı sürdürən “Kəpəz” ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi iyulun 23-də Gürcüstanın yüksək liqasında mübarizə aparan “Şukura” komandası ilə qarşılaşıb. Qarşılaşma Gəncə klubu üçün yaxşı başlayıb. Artıq 10-cu dəqiqədə Şəhriyar Əliyev künc zərbəsinin davamında dəqiq oynayaraq hesabı açıb.

 

İkinci hissədə məşqçilər korpusu meydanda gənclərə üstünlük verib. Rəqib isə son dəqiqələrdə hesabı bərabərləşdirib – 1:1.

 

Xəbər xətti