Konfederasiyalar kubokunun təqvimi məlumdu

19:27 - 24 İyul 2015

Rusiyada keçiriləcək

 

FİFA 2017-ci ildə Rusiyada təşkil olunacaq Konfederasiyalar kubokunun təqvimini açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, turnirin açılış oyunu iyunun 17-də Sankt-Peterburqun "Petrovski" arenasında baş tutacaq. 


Yarımfinal oyunları iyunun 28 və 29 tarixlərində Kazan və Soçidə keçiriləcək. Üçüncü yer uğrunda görüş və final isə iyulun 2-ə təsadüf edəcək.

 

Hazırda Konfederasiyalar kubokunun 4 iştirakçısı məlumdur. Rusiya ilə yanaşı, Dünya çempionu Almaniya, Asiya kubokunun sahibi Avstraliya və Amerika Kubokunun sahibi Çili iştirakçılar arasında olacaq.

Xəbər xətti