"Zirə" şənliklə başlayır

20:52 - 7 Avqust 2015

AZAL-la matçından öncə konsert olacaq


Azərbaycan Premyer Liqası konsertlə start götürəcək.

 

Sportal.az xəbər verir ki, şənlik Zirədə baş tutacaq. Belə ki, çempionatda debüt edən “Zirə”nin ilk turdakı AZAL-la keçirəcəyi matçdan öncə konsert olacaq.

 

Konsert Zirə İdman Kompleksində baş tutacaq. Saat 20:00-da start götürəcək tədbir paytaxt təmsilçisinin yaradılmasının 1 illiyi ilə əlaqədardı.

 

Ardınca isə saat 21:00-da "qartallar" Azərbaycan Premyer Liqasında ilk matçlarına çıxacaq.

Xəbər xətti